Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı orta məktəbdə bibər qazından zəhərlənən şagirdlərin hamısı xəstəxanadan evə buraxılıb.
Bu barədə Qaynarinfo-ya məktəbdən məlumat verilib. Sözügedən hadisə ilə bağlı şagirdlərin valideynləri ilə məktəbdə görüş keçirilib. Valideyənlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət etsinlər. Hazırda məktəbdə hər şey qaydasındadır.
****
Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: "Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir".
Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.
Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.