Xəbər lenti

Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? (AÇIQLAMA)
Ölkə10:01 10.08.2021

Məktəbdə valideynlərdən COVID-19 pasportu tələb olunur? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Valideynləri peyvənd olunmayan uşaqların məktəbə buraxılmayacağı barədə iddialar yer alıb. 
Bir qrup valideyn bildirib ki, uşaqları təhsil aldığı məktəbdə onlardan koronavirus əleyhinə COVID-19 pasportu tələb olunub. 
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq. 
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.