Xəbər lenti

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı
Ölkə 11:14 21.06.2025

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.

Bu barədə Qaynarinfo-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat "mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.

Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->