Xəbər lenti

Məktəbin damı uçdu, dərslər dayandırıldı - Bakıda
Ölkə05:36 20.10.2014

Məktəbin damı uçdu, dərslər dayandırıldı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin birinin damının uçması ilə bağlı məlumat yayıb. 

"Qafqazinfo"ya daxil olan məlumata görə, oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb. Dünən məktəb rəhbərliyi tərəfindən  müəllim və şagirdlərbununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertləraraşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti  ilə bağlı əlavə məlumat veriləcək.

Qaynar.info