Xəbər lenti

Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi (VİDEO)
Ölkə07:05 27.10.2021

Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.
Qaynarinfo xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Xəzər TV-də yayımlanan "Təsir Dairəsi" verilişində bu iddiaların həqiqəti nə dərəcədə əks etdirməsinə münasibət bildirib:
"Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır".
<iframe src="https://baku.ws/video2/v.php?v=1835410" width="640" height="360">