Xəbər lenti

Məktəblərdə şagirdlərin hicab taxmasına qadağa varmı? – Təhsil eksperti
Ölkə07:38 17.02.2021

Məktəblərdə şagirdlərin hicab taxmasına qadağa varmı? – Təhsil eksperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, ölkədə heç bir qanunvericilik aktı təhsil alan şəxslərin təhsil müəssisələrinə hicabla gəlməsinə qadağa qoymur:
""Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.
Məktəbin nümunəvi əsasnaməsi var, tədris prossesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır. Yəni, burada məktəb daxili mühit və tədris prossesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedaqoji heyətinin və şurasının qərarı ilə təsdiq olunan geyim forması var. Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir”.
 Kamran Əsədov qeyd edib ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təsdiqlənəndə hicabdan istifadə olunmuş nümunə də təstiq edilsin:
"Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir. Ona görə də mütəmadi olaraq hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır”. 
Bahar Rüstəmli