Xəbər lenti

Məktəblərin qarşısında zebra xətləri çəkiləcək
Ölkə07:32 10.09.2013

Məktəblərin qarşısında zebra xətləri çəkiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarşısında piyada keçidi olmayan məktəblərin şagirlərinin yolu rahat və təhlükəsiz keçməsi üçün həmin ərazilərə yeni zebra xətləri çəkiləcək.

Bakı Şəhər Yol Polis İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirib ki, həmin məktəblərin siyahısı müəyyənləşdirilir və Hərəkətin Təşkili Şöbəsi bilik gününədək həmin xətləri çəkəcək.

Onun sözlərinə görə, yeni çəkiləcək zebra xətlərinin üzəri ilə yolu keçmək istəyən şagird və valideyinlərin həyat təhlükəsizliyi qorunmuş olacaq: “Bizim o məktəblərdən xəbərimiz var. Hərəkətin təşkili şöbəsi həmin məktəblərin qarşında yeni zebra xəttləri çəkəcək ki, şağird və valideynlər yolu rahat və təhlükəsiz keçə bilsinlər".

Qaynar.info