Xəbər lenti

Məktəblərlə bağlı sevindirici xəbər - 2.9 milyonluq layihə
Ölkə 11:30 26.09.2025

Məktəblərlə bağlı sevindirici xəbər - 2.9 milyonluq layihə

Azərbaycanda təhsil müəssisələri internet şəbəkəsi ilə təmin olunacaq.

Qaynarinfo-nun BAKU.WS-ə istinadən məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi böyük həcmli satınalma elan edib.

Layihənin ümumi dəyəri 2,9 milyon manata yaxın (2.898.845,20 AZN) təşkil edir.

Tenderin həyata keçirilməsi nəticəsində məktəblərin internet infrastrukturunun təkmilləşdirilməsi və sürətli şəbəkə imkanlarının artırılması gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->