Xəbər lenti

Məktəbli formaları ilə bağlı yoxlamalar başladı
Ölkə14:09 31.07.2015

Məktəbli formaları ilə bağlı yoxlamalar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi satışda olan məktəbli formalarının keyfiyyəti ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Qaynar.info-ya saytına komitədən məlumat veriblər.
Xəbərdə deyilir ki, məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin - məktəbli formalarının standartların tələblərinə uyğunluğunu müəyyən etmək üçün monitorinqlərə başlayıb.
Monitorinqlərdə məqsəd satış mərkəzlərində saxta əmtəə nişanlı, keyfiyyətsiz, normativ sənədlərlə təmin edilməyən, uyğunluq sertifikatı olmayan məktəbli formalarının satışını aşkar etməklə bunun qarşısını almaqdır.
Qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan  Respublikasında qüvvədə olan dövlətlərarası standart  (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir.
Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.
Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.
Hazırda 2 müəssisənin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.
Qeyd edək ki, yarmarka və bazarlarda məktəbli formalarının satışına başlanılıb.
Qaynar.info