Xəbər lenti

Məktəbli həmyerlisini öldürdü - Tovuzda dəhşət
Ölkə05:50 13.04.2015

Məktəbli həmyerlisini öldürdü - Tovuzda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda 11-ci sinif şagirdi 19 yaşlı həmkəndlisini qətlə yetirib.
Tovuz Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Nemət Rzayev şəxsi münasibətlər zəminində yaranmış mübahisədə həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevə bıçaqla xəsarət yetirib. İ.Paşayev aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info