Trend-in məlumatına görə, sentyabrın 9-da saat 16:00 radələrində 1998-ci il təvəllüdlü Cəlilabad şəhər sakini Nuriyyə Cəfərova yaşadığı evin həyətində əlavə tikilidə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbi məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.