Xəbər lenti

Məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - Sabirabadda faciə
Ölkə07:13 11.10.2016

Məktəbliləri aparan avtobus qəzaya düşüb: 1 ölü, 11 yaralı - Sabirabadda faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayonunda məktəbliləri aparan avtobus yük maşını ilə toqquşub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı bir şagird - 2005-ci il təvəllüdlü Həsənov Cavad Telman oğlu ölüb.

Bundan başqa, beşi məktəbli olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Xəsarət alanların əksəriyyətinin adı məlumdur:

9 yaşlı Ağamirzə Mehman oğlu Ağayev;

11 yaşlı Mirzə Samir oğlu Niftiyev;

12 yaşlı Vüsal Murad oğlu Əliyev;

16 yaşlı Şəmsiyyə Qənibət qızı Həziyeva;

17 yaşlı Rəhman Əziz oğlu Mirzəyev;

36 yaşlı Aybaniz Bəxtiyar qızı Gülmməmmədova;

36 yaşlı İlham Qənibət oğlu Hacıyev;

52 yaşlı Vahid Bədirxan oğlu Balakişiyev.

Qaynarinfo.Az