Xəbər lenti

Məktəblilərin yaz tətili günləri açıqlandı
Ölkə14:37 27.02.2015

Məktəblilərin yaz tətili günləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq 

Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb. Nazirlikdən Lent.az-ın sorğusuna verilən cavaba görə, bu il orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq. Orta məktəb şagirdlərinin tətil müddəti martın 24-dək müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bu il martın 20-dən 28-nə (martın 28-i daxil olmaqla) qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.

Qaynar.info