Xəbər lenti

Məleykə Abbaszadə: "İmtahanların vaxtı gələn həftə bəlli olacaq"
Ölkə13:05 10.01.2018

Məleykə Abbaszadə: "İmtahanların vaxtı gələn həftə bəlli olacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: "İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.
M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.