Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktor müavini Elçin Əliyev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə sözügedən vəzifə İnara Vəliyevaya həvalə olunub.
Yeni direktor müavini bu təyinata qədər özəl sektorda rəhbər vəzifədə çalışıb.
MHM-dən xəbəri "Report”a təsdiqləyiblər.