Xəbər lenti

Məmməd Əzizovun həbs müddəti uzadıldı
Ölkə12:36 02.07.2013

Məmməd Əzizovun həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 2-də Nəsimi Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə və Baş Prokurorluğun təqdimatına baxılıb.

“Media forum” saytına danışan vəkil Fariz Namazov deyib ki, məhkəmə Məmməd Əzizovun həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.

Məmməd Əzizov martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Bakıda keçirdiyi əməliyyatda saxlanılıb, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Məmməd Əzizovun yaşadığı evdən marixuana, “Təcili demokratiya tələb olunur, tel: +994, ünvan: Azərbaycan” sözləri yazılmış vərəqlərin aşkar edildiyi açıqlanıb.

Bu iş üzrə “Nida”nın daha 6 üzvü həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.