Xəbər lenti

Məmməd İbrahimə hökm oxundu
Ölkə08:38 10.01.2019

Məmməd İbrahimə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimə hökm oxunub.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə M.İbrahim 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. O, xuliqanlıqda ittiham edilərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 
İttihama görə, onun cəzasının başa çatmasına az qalmış yatağının altından bıçaq tiyəsi tapılıb. Lakin M.İbrahim bu ittihamı qəbul etməyib.