Abşeron rayonun Məmmədli kəndində olan problemlərlə bağlı Türkiyənin EGE televiziyasında sujet yayımlanıb.
Qaynarinfo xəbər verir ki, yayımlanan sujetdə kəndin problemləri geniş şəkildə əks olunub. Kəndin yollarının hələ də yollar asfaltlanmadığı, çirkab və kanalizasiya sularının yaşayış evlərinin yaxınlığında olması, ərazidə gölməçələrin əmələ gəlməsi, adı çəkilən ərazidə telefon və internet rabitəsinin hələ də olmaması sujetdə sakinlər tərəfindən dilə gətirilir. Problemlər üzündən marşrut avtobuslarının əraziyə gəlməməsi isə daha acınacaqlı vəziyyətdir.
Həmin süjeti təqdim edirik:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/R_HmgKL0VkE" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">