Xəbər lenti

Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində... - VİDEO
Ölkə09:34 30.09.2014

Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində... - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarşıda gedən avtomobil bir müddət əvvəl ölkə mətbuatını şəkilləri ilə zəbt edən 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“-dir.

Milli.Az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan avtomobil həmin vaxt cərimə meydançasına aparılmışdı.

Hətta sahibinin sürücülük hüququndan məhrum edilməsi ilə bağlı rəsmi məlumatlar da yayılmışdı. Millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu, hətta Zauru tanımadığını demişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

İki gün əvvəl qalmaqallı “Nissan” Bakının mərkəzində gözə dəyib. Həmin avtomobilin bir neçə saniyəlik videosunu çəkən əməkdaşımız maşının sükanı arxasında olan şəxsi Aynar Məmmədova oxşatmayıb.

Qaynar.info