Xəbər lenti

Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi (VİDEO)
Ölkə09:50 20.12.2019

Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov səhvə yol verib. Bu məqam dövlət başçısının diqqətindən qaçmayıb: 
Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?
Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.
Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?
Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.
Prezident İlham Əliyev: Orada nə qədərdir məhsuldarlıq?
Rövşən Həsənov: Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.
<iframe src="http://baku.ws/video2/v.php?v=1346799" width="640" height="360">