Xəbər lenti

Məmur oğlu qəza törətdi: yaralılar var
Ölkə09:34 15.07.2013

Məmur oğlu qəza törətdi: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtoxuliqan məmur oğlu qəza törətdi, yaralılar var

Bərdə şəhərində yol qəzası baş verib. Bu barədə AzNews.az-a rayondan xəbər verilib. Qəza şəhərin Hüsü Əliyev küsəsində qeydə alınıb. 

“Mercedes” markalı avtomobillə “Qaz-24” markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb. 

Qeyd edək ki, qəzada iştirak edən avtomobillərdən biri “Mercedes”-in sahibi avtoxuliqan kimi tanınan Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevin oğludur.

İcra nümayəndəsi bu faktı təsdiqləyib. Oğlunun səhhətinin yaxşı olduğunu, başından kiçik zərbə aldığını deyən şəhər meri toqquşmada iştirak edən digər avtomobilin sahibini günahlandırıb: “Bir şey yoxdu. Bir az başı cızılıb. Sabah işə çıxacaq. Köhnə maşındı da. Oğlum elə bilib ki, saxlayıb yol verəcək. O da yol verməyib, toqquşublar”.

Ə.Fərzəliyev oğlunun adını deməkdən imtina edib: “Adı nəyə lazımdır? Ümumiyyətlə, xəbər hazırlamaq lazım deyil. Olan xəbərləri də dayandırdıq”.