Xəbər lenti

Məmur oğlu qız üstündə öldürüldü - TƏFƏRRÜAT
Ölkə09:30 04.07.2014

Məmur oğlu qız üstündə öldürüldü - TƏFƏRRÜAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclər arasında yaranan mübahisə zamanı baş verən cinayətin təfərrüatları açıqlandı   

BakıAğır Cinayətlər Məhkəməsində məmur oğlunu öldürməkdə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev və RaminRzayevin cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Əhməd Quliyevinsədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını oxuyub.

Qaynar.info teleqraf.com-a istinadla xəbər verir ki, ittihama görə, Tural Əliyevötən il oktyabrın 15-də saat 19.00-da Biləcəri qəsəbəsində ElçinBaxşıyevin “Toyoto Prado” markalı avtomaşında qızla söhbət etdiyinigörüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyitəklif edib. Bundan narazı qalan Elçin Baxşıyev Turala “məsələni həlletmək” üçün başqa yerdə görüş təklif edib, mobil nömrəsini ona verib.

ElçinBaxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları SeymurFərzəliyev və Əli Məlikovla, Tural da öz dostları Ramin Rzayev və SəbuhiMəmmədovla təyin olunmuş yerə gəliblər. Əvvəlcə mübahisə edib, sonradalaşıblar.

Dava zamanı Tural Əliyev bıçaqla Əli Məlikovu vurubvə yaralı hadisə yerində ölüb. Elçin Baxşıyevlə Seymur Fərzəliyev isəqaçıb canlarını qurtarıblar.

“Maşında oğlanla qız qucaqlaşmışdı”


TuralƏliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki,bıçaqdan özünümüdafiə məqsədi ilə istifadə edib. Onun sözlərinə görə,oktyabrın 15-də saat 19.00-da “Çırağan” şadlıq evinin yaxınlığındakıçayxanaya gedib: “Yolda telefonuma zəng edən dostum Ramin haradaolmağımla maraqlandı. Ona çayxanaya getdiyimi bildirdim. Ramin dəçayxanaya gəldiyini dedi. Telefon danışığı bitəndən sonra piyadaçayxanaya yönəldim. Yolun  solunda “Toyota Prado” markalı avtomobildayanmış, içəridə oğlanla qız qucaqlaşmışdı. Onlara irad bildirmək üçünsürücü tərəfdən pəncərəyə yaxınlaşaraq şüşəni əlimlə döydüm.

Adınısonradan bildiyim Elçin şüşəni aşağı  endirdi. Salamlaşanda o, məndənniyə onlara yaxınlaşdığımı soruşdu. Həmin məhəllədə yaşayıb-yaşamadığınıöyrənmək istədiyimi dedim. Mənə kobud cavab qaytardı. Buranınana-bacılarımızın keçdiyi yol olduğunu bildirdim, kənara getmələrinitələb etdim”.

 
“Elçin cavabıma güldü”


Təqsirləndirilənşəxsin sözlərinə görə, Elçin onun harada qaldığını soruşub: “Adımı vəevimizin yaxında olduğunu söylədim. Aramızdakı söhbəti maşındakı qızıneşidib-eşitmədiyinə fikir verməmişəm. Məndən telefonumun olub-olmadığınısoruşdu. Sonra da mənimlə məzələnərək: “Nə yaxşı telefonun var?”  deyiböz telefon nömrəsini mənə verdi.

Həmin vaxt Ramindən zəng gəldivə maşının yanında nə etdiyimi soruşdu. Onun haradansa məni gördüyünübaşa düşdüm. Ramin küçənin baş tərəfində, internet klubun yanındadayanmışdı. Raminə maşındakının dost olduğunu, 2 dəqiqə söhbət edibgələcəyimi bildirdim. Artıq Elçin də maşından düşmüşdü.

Elçinəgetməli olduğumu, 15 dəqiqəyə zəng edəcəyimi, həmçinin məhəllənin yuxarıhissəsindəki çayxanada olacağımı bildirdim. Elçin maşının yerimədiyini,ora qalxa bilməyəcəyini söyləyəndə maşını itələyərək ora aparabiləcəyimizi dedim. Elçin cavabıma güldü və məni evakuator adlandırdı.Piyada çayxanaya tərəf getdim”.

Tural Əliyevin sözlərinə görə,Raminlə internet klubun qarşısında  görüşüb və birlikdə çayxanayayollanıblar: “Ramin nə baş verdiyini soruşdu, Elçinlə aramızda olansöhbəti ona  danışdım. Saat 21.00-da Elçinə zəng edərək ondan haradaolması ilə maraqlandım”.

Nəhayət, gənclər görüşmək qərarınagəliblər. Tural Raminlə birlikdə Elçinin yaşadığı evin yanına gedib.Elçinin iki oğlanla dayandığını görüblər.


“Elyas məni tənbeh etdi”

 Təqsirləndirilənşəxs deyib ki, Elçinin yanında gələn oğlanlardan birinin Seymurolduğunu bilib. Seymur onları hədələyib və kiməsə zəng vurub. Bir qədərmübahisə edəndən sonra ayrılmaq istəyiblər: “Bu zaman Səbuhi və Əli adlışəxslər də maşınla gəldilər. Yenidən aramızda dava qızışdı. Elçinəgücüm çatmadığı üçün bıçaq çıxardım və vurdum”.

Tural Əliyevinsözlərinə görə, dava zamanı Əlini də bıçaqla vurub. Ancaq Elçini, Əlinivə Səbuhini bıçaqla vurmasından heç kimin xəbəri olmayıb. Hadisə yerinədaha gec gəlmiş Elyas Pirnəzərov davadan ümumiyyətlə xəbərsiz qalıb:“Elyasın maşınında oradan getdik. Məsələni maşında bildi, məni tənbehetdi. Binəqədi şosesində Elyasın maşınından düşəndən sonra oradanMehdiabad qəsəbəsindəki şəhərciyə yollandım. Elə həmin gecə dayım oğluSamirlə polisə getdim”.

Prosesdə ifadə verən Elçin Baxşıyev,Seymur Fərzəliyev, Ramin Rzayev elan olunmuş ittiham üzrə özləriniqismən təqsirli biliblər. Məhkəmə iclası iyulun 10-da davam edəcək.

ÖldürülənƏli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr,dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovunoğludur. Əli Məlikov ailənin tək oğlu imiş. Hadisə zamanı xəsarət almışdigər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

Qaynar.info