
Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzindəkikonfransda bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinəgörə sərt xəbərdarlıq etdi. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdəözlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb etdi.
“Kimonlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyiadamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazımbildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıqeləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atasıişdən qovulacaq”.
Sözügedən konfrans Azərbaycanda yüksəkvəzifələr tutan şəxslərin övladlarını necə deyərlər, gündəmə gətirdi.Əlbəttə, ölkə başçısının iradları bütün məmur övladlarına yönəlməmişdi.Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin övladları arasındada nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinəolanlar da...
Modern.az saytının əməkdaşıAzərbaycanda mərkəzi icra hakimiyyətlərinə - nazirlik və komitələrərəhbərlik edən məmurların övladlarının hansı işlərdə çalışdığı, haradatəhsil aldığını araşdırmağa çalışıb.
Başlayaq Azərbaycanın əngüclü dövlət qurumlarından birinə - Fövqəladə Hallar Nazirliyinərəhbərlik edən Kəmaləddin Heydərovun övladlarından.
Fövqəladəhallar nazirinin iki oğlu var və onların heç biri məmur postu tutmur.Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimitanınırlar. K.Heydərovun oğlanlarının hər ikisi nüfuzlu Londonİqtisadiyyat Məktəbində təhsil alıblar.
Fövqəlnazirin böyük oğlu olan Tale Heydərovdiaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri,“Qəbələ” Futbol Klubunun prezidentidir. Tale Heydərov bir neçə dəfəgurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə,Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Tale Heydərovhazırda Avropada-İngiltərədə yaşayır. O, “Avropa-Azərbaycan Cəmiyyəti”nivə “Qəbələ” Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həmdə «United Enterprises International» şirkətlər qrupunun İdarə Heyətininsədridir.
T.Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə də təltif olunub.
Fövqəlnazirin kiçik oğlu Nicat Heydərov həmin “United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir.
Tale və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsasşəxslər sayılırlar. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyadaofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqintərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər dəvar.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.
Azərbaycanda daha bir nüfuzlu nazirliyi idarə edən məmurun - nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovda iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədovAzərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılanZQAN Holding-in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti,inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərdaxildir.
Nazir oğlu həm də "Azərbaycan – Amerika Alyansı"nıntəsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətiləməşğuldur.
Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrındatəsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi məqsədi qolf idmannövünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.
Qolfidman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiyaoyunları siyahısına salınıb. Ona görə də bu idman növünün Azərbaycandada inkişaf etdirilməsi işləri Anar Məmmədova həvalə olunub.
Ziya Məmmədovun qızı Nigar xanımın hansı işdə çalışdığını öyrənə bilmədik.
Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Modern.az-a məlum olub ki, nazirin oğlu Arif Rəhimov tələbədir, İqtisad Universitetində təhsil alır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iki övladı var və onların hər ikisi tələbədir. Nazirin oğlu Eldar Abbasov yerli universitetlərdən birində, qızı Ülkər Abbasova isə xaricdə təhsil alır.
Məlumatlara görə, nazirin oğlu 2009-cu ildə həqiqi hərbi xidmətəçağırılıb və Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində kurs keçərəkleytenant hərbi rütbəsi alaraq Bakı korpusunda xidmət keçib və sonraehtiyata buraxılıb.
Hökumətin əsas fiqurlarından biri, Başnazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksəkvəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevartıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildəGənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub.Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizmüzrə nazir müavini vəzifəsinə irəli çəkildi.
2011-ci ildə TeymurMehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavinitəyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəlidövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir.
Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir.
Nazirin bir oğlu Tibb Universitetində tələbədir. O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.
İqtisadi inkişaf naziri Şahin Mustafayevində üç övladı var. Modern.az-ın araşdırması nəticəsində məlum olub ki,Şahin müəllimin övladları təhsil alırlar, yəni işləyəcək yaşda deyillər.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bır qızı və bir oğlu var. Əli müəllimin oğlu Şamxal Həsənli“Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir. Bu yaxınlarda mətbuataməlumat verən Şamxal Həsənli bildirib ki, “Kaspi Global” istehsalçışirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətiniştirakı ilə teleserial çəkir. Filmlərin hazılanması üçün İranın məşhurkinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləriAzərbaycana dəvət olunub. “Aydın” və “Çaqqal nəfəsi” adlı çoxseriyalıfilmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birindənümayiş olunacaq.
Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır.
Modern.az-a məlum olub ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovunüç övladı var: bir qız, iki oğlan. Nazirin qızı tələbədir, hazırdamagist təhsili alır. H.Bağırovun oğlanları isə heç bir məsul vəzifətutmurlar, onların hər ikisinin siravi işlərdə çalışdığı bildirilir.
Müdafiə naziri Səfər Əbiyev 2 övladı var. Onlardan biri Roman ƏbiyevXəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır.Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimiçalışıb.
Yeri gəlmişkən, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhum Murtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir.
Mədəniyyət və turizim naziri Əbülfəz Qarayevin bir qızı var. Amma onun haqqında heç bir məlumat əldə edə bilmədik.
Təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DİN-in Narkotiklə Mübarizə İdarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiyaelmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili vəmetodika kafedrasında dosent vəzifəsinində çalşır. Nazirin digər qızı Gül Mərdanova haqqında isə heç bir məlumat əldə edə bilmədik.
XəzərDəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasınadaxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirovatası kimi gəmiçilik sahəsində çaılışır. İ.Bəşirova məxsus xeyliyükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadəolunduğu bildirilir.
Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Nəcməddin Sadıqovun iki oğlu var. Məlumatlara görə, onlar Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik korposlarında çalışırlar.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovda məmur oğludur. Onun atası Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının İşlər idarəsi müdirinin birinci müavini OqtayŞahbazovdur. Pərviz şahbazov 2005-ci ilin avqust ayından AzərbaycanınAlmaniyadakı fövqaladə və səlahiyyətli səfiridir.(Ardı olacaq...)
Qaynar,info