Xəbər lenti

Məmurlar 80 yaşlı qadının həyatını qaraltdı - VİDEO
Ölkə13:12 10.02.2016

Məmurlar 80 yaşlı qadının həyatını qaraltdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İbrahimova Tamara Əliağa qızına məxsus miras zəbt edilib. Qaynar.info xəbər verir ki, bu barədə 80 yaşlı qadının video müraciətində bildirilir.
1936-cı il təvəllüdlü Tamara İbrahimova anasından ona miras qalan evin bacısı oğlanları tərəfindən zəbt olunub: "Mən 1936-cı ildə dünyaya gəlmişəm. "Sovetski" küçəsində yaşamışam 1952-ci ildə ailə həyatı qurmuşam. Anamdan qalan mirası bacımın uşaqları mənimsəyir. Deyirlər ki, sən kimsən bizdən pay istəyirsən. Onlar anamın nəticələridir, mən isə doğma övladam. Yeganə övladı olduğum üçün də varisəm".
İndiyədək rəsmi orqanlara edilən bütün müraciətlər nəticəsiz qalıb. Bu barədə Tamara İbrahimovanın qızı məlumat verib: "Xalam oğlanları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları ilə cinayət əlaqəsinə girək saxta sənədlər hazırlayıblar ki, anama miras düşməsin. İndiyədək Ədliyyə Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Bakı şəhər Prokurorluğuna, Yasamal Prokurorluğuna, Yasamal rayon Məhkəməsinə, Ali Məhkəməyə və digər aidiyyatı orqanlara müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb".
Tamara İbrahimova müraciətində prezident İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan kömək istəyib.
Qaynar.info