Xəbər lenti

Məmurlar məcburi köçkünü iki uşaqla çöldə qoyub - FOTO/VİDEO
Ölkə09:40 11.02.2016

Məmurlar məcburi köçkünü iki uşaqla çöldə qoyub - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdam rayonun Qızılı kəndindən olan məcburu köçkün Cəfərov Yasin Yolçu oğlu və ailəsi iki gündür küçədə qalıb. Bu barədə Qaynar.info-ya məcburi köçkün özü məlumat verib.
Yasin Cədərov bildirib ki, ailəsi ilə birlikdə yaşadığı Tərtər rayonunun Mamırlı kəndindəki daxılı su basıb və ailəsi ilə çöldə qalıb. Aidiyyatı qurumlar isə ona kömək etmək istəmir: "Mən ailəmlə birlikdə Mamırlı yolunun kənarındakı palçıq daxılda yaşayıram. Dəfələrələ müraciət etsəm də, bizi köçürmürlər. Köçkünlərə ev verəndə qapıma gəlmədən, heç bir səbəb göstərmədən mənə ev vermədilər. Nəticədə 2 uşağımla qalmışam yolun kənarındakı palçıq daxılda. İndi buranı su basıb, daxılm da dağılıb. Bütün orqanlara müraciət etmişəm, amma işimə baxan, dərdimə əlac edən tapılmır. Ağdam rayon İcra Hakimiyyəti məni Bərdəyə, Bərdə Tərtərə göndərir. Qalmışam ortada. Heç kim sahib çıxmır. Qışın soyuğunda ailəm çöldə qalıb. Qaçqınlar üçün salınmış qəsəbələrdə boş evlər var, amma bizə vermirlər. Heç kim şikayətimizə baxmır. Prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm evlə təmin olunmağıma yardımçı olsun".
Qaynar.info