Xəbər lenti

Məmurlar səs verməyə gəldilər
Ölkə06:17 11.04.2018

Məmurlar səs verməyə gəldilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev həyat yoldaşı ilə birlikdə 36 saylı dairənin 3 saylı məntəqəsində, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində, keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.