Xəbər lenti

Məmurların balası, cəmiyyətin bəlası… - REPLİKA
Ölkə04:44 29.04.2014

Məmurların balası, cəmiyyətin bəlası… - REPLİKA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Jeunesse doree" və ya "qızıl gənclik". Bakıdakı məmur övladlarıözlərini məhz bu təbəqəyə aid edirlər. Onlar hər biri ən azı 50-60 minmanatlıq lüks avtomobilləri sürür, yolda olanda kimsəni veclərinə almır,özlərini əhalinin tam əksəriyyətindən dəfələrlə üstün sayırlar.

Gecənin bir aləmində Bakı yollarının drift və"strit-reysinq" arenalarına döndərən, "Kimin maşını daha sürətlidir, kimdaha usta sürücüdür?" suallarına cavab arayaraq avtomobillərini çoxböyük sürətlə sürən, şütüyən bu gənclərin təşəxxüsü özlərindən dəfələrləböyükdür.

Məmur övladlarının sosial şəbəkələrdəki profillərindəyaydıqları fotolara, videolara baxmaq bu gənclərin ağır psixolojiproblemlərə və komplekslərə düçar olduğunu anlamağa yetər.

Belələribahalı avtomobillərinin içində özlərini, çölündə başqalarını çəkərəkİnstagram-da, Facebook-da yayırlar və sonra da əməllərindən bəhs olunankimi profillərini bağlayırlar.

Halonki o profillər pambığı çoxdantökülən sandıqdır ki, qapağı bağlamaqla özbaşınalıq cidasını sükutçuvalında gizlətməyə imkan vermir.

Pulları, maşınları ilə bağılstatusları paylaşanlar həyatda gerçək statusu olmayan, pulunu və varınıehtiyacı olanla paylaşmayanlardır - bu, həmin bahalı avtomobillərintüstüsü qədər acı həqiqətdir.

Onların yeganə üstün cəhəti…

BöyükFransız İnqilabından sonra varlanmış meşşanlar özlərini "nuvoriş"adlandırmağa başladılar. Onların övladları isə "qızıl gənclik" idi. Bugənclərin yaşamda əsas məqsədləri, amalları həyatdan kam almaqdı.

Dahifransız aktyor Talma yazırdı: "Bu insanlar barədə ikrahla bəhs etməməkmümkün deyil. Onlar son dəblə geyinir, ən bahalı karetalardan istifadəedirlər. Saç düzümləri, davranışları, danışıqları ilə hamıdan fərqlənməkistəyirdilər. Halbuki bu gəncləri pulu az olan yaşıdlarındanfərqləndirən yeganə "üstün cəhət" onların pullu ataların övladlarıolmalarıydı".

Həyatlarını və ümumiyyətlə, gələcəklərini zənginvalideynlərinin təmin etdiyi belə gənclər üçün həyat çox rahat,gözəldir. Onlar ehtiyacın, zəhmətin, qayğının nə olduğunubilmədiklərindən yaşamı əyləncə sayır, macəralar arayırlar.

"TheTimes" belə gəncləri valideynlərinin ümidlərini doğruldacaq insanlaryox, psixoloji reabilitasiya mərkəzlərinin potensial müştəriləriadlandırırdı.

Haradandır o pullar?

Sonvaxtlar mediada məmur övladlarının bahalı avtomobilləri və bu gənclərinharın hərəkətləri ilə bağlı çox sayda informasiyalar, yazılar, şərhlərdərc olunur.

Rezonanslı informasiyalardır, söz yox.

Cavabıaranan sualların çoxunu həmin məmur övladlarının bahalı maşınları hansıpullarla, necə, nəyin və ya kimin hesabına almaları ilə bağlı məchullartəşkil edir.

Əslində isə o maşınların alındığı pulların məbləği yox, mənşəyi maraqlıdır.

360min avroluq Maserati Quattroporte Sport GT S və ya 180 min avrodəyərində BMW 5 Series-in satın alındığı zaman gəlir vergisinin ödəndiyibəlli.

Həmin maşınlar üçün ödənmiş məbləğlərə gəldikdə isə,məmurların açıqlamaları çox sadəlövh insanlara hesablanmış sözlər təsiribağışlayır.

"Oğlum iş adamıdır, özü alıb", "Bu avtomobil kreditlə alınıb" və s.

Bahalımaşının sahibi iş adamıdırsa, avtomobili satın almağa imkan verən gəlirmənbəyi olan şirkətin maliyyə fəaliyyəti, məsrəf və mədaxiliyoxlanılırmı?

Bu şirkətin ödədiyi vergilərə nəzər salsaq, məlumolur ki, müvafiq qurum xadimənin maaşını güclə ödəyir. Di gəl, kağızüzərində yaradılaraq elə kağız üzərində də qalan şirkətin əməkdaşı və yarəhbəri olan məmur övladı ölkədəki orta statistik əməkhaqqından yüzdəfələrlə böyük məbləğdə avtomobili çox asanlıqla alır.

Vergilərdənyayınmağın digər yolu o avtomobillərin kağız üzərindəki şirkətlərinbalansına alınmasıdır. Belədə məmur övladı sadəcə, balansdakı avtomobilietibarnamə ilə idarə edir və sənədlərə görə, "sadəcə, maaşla dolananadi vətəndaş"dır.

Digər yol avtomobilin kreditlə alınmasıdır.Lakin Azərbaycan Mərkəzi Bankının təlimat və göstərişlərinə əsaslanankommersiya banklarının avtomobil krediti verərkən müəyyən etdikləriilkin ödənişlərin məbləğlərini nəzərə alsaq, yenə də "mübhəm" mənzərəalınır.

Axı "adi vətəndaş" heç bir halda vergi bəyannaməsindəgöstərilməmiş 60 və ya 80 min dolları ilkin ödəniş kimi banka verməkimkanında deyil.

Nədən bu "ilkin ödəniş"lərin mənşəyi, o pulların əldə olunma yolları araşdırılmır?

Saya bilməyənlərin qanunu saymamaları

Əldəetdiyimiz məlumatlara görə, hazırda Bakıda 18-27 yaş arasında 173 gənc"bahalı maşın sahibləri" adlandırıla biləcək zümrə sayıla bölər. Bugənclərin hər birinin minimum 60-70 min dəyərində bir, bəzi hallarda isəbir neçə avtomobili var.

Belə gənclar arasında "nüfuzlu nömrə"dənbir yox, bir neçəsinin alınaraq maşınlara vurulması dəbi var. Özü də3-4 maşında eyni nömrə də ola bilər.

Özlərini "qızıl gənclər" sayan bu şəxslər qanunlarla yanaşı, yoldakı insanlara da əsla məhəl qoymurlar.

YolPolisi isə deyir: "Bir nömrə nişanının eyni zamanda birdən artıqavtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər eləbir şey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğində cərimə ediləcəkvə 4 bal yazılacaq".

60 min manatlıq avtomobil sürən üçün 60 manatlıq cərimə, yəqin, çox, amma çox böyük məbləğdir.

Onlar "qızıl gənclik" sayılırlar, amma əslində o qızıl paslı dəmirin üstündəki çox nazik qatdır ki, hələlik bərq vurur.

Onlarda bizimkilərdir, başqa planetdən gəlməyiblər və özlərini qızıl, bizidəmir saysalar da, qızılın möhkəmliyinin dəmirdən az olduğunu unudurlar.

Bizsəunutmamalıyıq ki, şütüdüyü yolda başqalarını görməməyə çalışaraq yalnızözünü göstərmək istəyənlərin gözlərinin qarşısında qanun səddidurmayınca gözləmə mövqeyində qalmalı olacağıq.

Bəlkə, onda "qızıl gənclik" əvəzinə gerçəkdən də qızıl gənclərimiz barədə daha çox yaza bildik.

Hamımıza aid məsələdir, yox?

Milli.az