Ölkəmiz haqqında yazmağı ilk dəfə olaraq məktəb vaxtlarında inşa yazmaqla öyrənmişdik.
Onda hələ çox kiçik olduğumuzdan yazdığımızın o qədər də mahiyyətinə varmırdıq. Amma zaman zaman yazdıqlarımızı dərk edərək, onların daha dərin məqamlarını öyrənməyi bacardıq. Zaman zaman bildik ki, bu böyük dövlət nələrə qadir, nələrə sahibdir.
Əsla jarqon sözlərdən istifadə etməmişəm. Məncə, ən gözəl sözlər içdən gələn sadə sözlərdir. Yazımı yazmazdan əvvəl düşündüm ki, ölkənin tarixini araşdırıb, onun etdikləri,qazandıqları barədə yazmağa ehtiyac yoxdur. Çünki onun etdikləri və qazandıqları hər şey gün kimi ortadadır. Bəlkə də bu qazanılanlar və qazanılmaqda namizəd olan varlıqlar əslində bizim ölkə üçün çox kiçikdir. Hər zaman daha artığı və daha yaxşılarını qazanmağa alışmış bir gəncin gözündə Azərbaycan və ölkəsi tam bir çılğın olaraq formalaşıb. Özümü xosbəxt adlandırmaq üçün dünyaya göz açan gündən müstəqil bir Respublikada doğulduğumu səbəb göstərə bilərəm.
Nələr yaşadı bu torpaq...Bu torpaq, bu vətən çox acılar, çox sevinclər yaşadı. Hələ gənc yaşında yaşamadığı acı, görmədiyi kədər qalmadı. Onu canından ayırdılar. Hər şeyə rəğmən o digər ölkələrdən fərqli olaraq “ata pulu” ilə böyümədi. Öz ayaqları üzərində durmağı bacaran Azərbaycan çox ilklərə imza atdı. O ilklərin heç birinə toxunmayacam. Çünki ölkəmizin uğurlarının hər birindən bəhs etsəm, əsla bu yazımı bitirə bilmərəm. Qısacası 86.6 milyonluq ərazisidə 9 milyonluq ailəsi ilə mehriban yaşayan ölkəm ilə fəxr edirəm.
Mən bir hindli, amerikan ola bilərdim. Amma azəri oldum. Mən Roza, Pudja, və ya Larisa ola bilərdim, amma öz arzularını doğma ölkəsində reallaşdıracağı ümidi ilə yaşayan Fatimə odum. Bu mənim taleyimə yazılan ən gözəl yazıdır məncə. Qısacası çox uzatmaq istəmirəm. Tək kəlmə ilə Azərbaycanlı olduğuma görə fəxr edirəm.
Fatimə İbrahimovaYazı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsi çərçivəsində elan etdiyi müsabiqəyə təqdim edilir.
Şərhlər