Xəbər lenti

MƏN GETDİM YAŞAMAĞA
Ölkə12:50 02.08.2013

MƏN GETDİM YAŞAMAĞA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

(Zərdüşt Şəfiyə məktub )

Hamıyazdı Səndən, hərə bir cür boşaltdı ürəyini. Mən bacarmadım. Ona görəyox ki, yazmağa sözüm olmadı, ona görə yox ki, ehtiyac duymadım. Sadəcə,belə oldu...belə gətirdi.

Sağlığında heç vaxtsəninlə heç nəyi bölüşmədim. Var idin, sağ idin, yaşayırdınsoyuq-soyuq. Bax mənim indi yaşadığım kimi. Nə sevgini anlamaq olurdu,nə nifrətini. Heç kəsi qırmazdın deyə, elə bilərdik ki, hamını sevirsən.Bəlkə də, elə idi, bəlkə də, yox. Bilirəm, incimirsən sözlərimdən, axıSən realist idin.  Hərçənd biz insanlar alışqanıq. İtirəndən sonratərifləməyə, mələk etməyə, gülməlidir, hə? Bilirəm, Sənə də gülməligəlir, Sənə də gülməli gəlir sağlığında bəzi dalınca danışanların, tənəedənlərin, Səndən sonra axıtdığı timsah göz yaşları...

Xəstəolduğunu eşitdim...ancaq belə olacağı ağlıma gəlmədi...Darıxdım, yadımadüşdü ki, bir ay öncə Sənə zəng edib bir ünvan soruşmuşdum, Sənin yaxşıtanıdığın, yaşadığın evə yaxın bir məktəbin ünvanını. Əvvəl zəngiməcavab vermədin, bir az sonra özün zəng elədin. Görünür, ürəyinləbacarmamışdın. Düşünmüşdün ki, yəqin çox vacib sözüm var deyə zəngetmişəm. Axı mən Sənə tez-tez zəng etməzdim. Ya da...ya da düşünmüşdünki, bu, bizim son danışığımız ola bilər.

Səsino qədər xırıltılı gəlirdi ki...Soruşdum nə olub, dedin, dondurmayemişəm, səsim batıb. Ancaq inanmadım. Kaş elə olaydı... Ünvanı tamdəqiqliyilə izah etdin, nəfəsin təngiyə-təngiyə. Narahat oldum, səniyormamaq üçün tez sağollaşdım. “Özünə yaxşı bax,” – dedim. Gülmüşdünmü:“gecdir,” – deyə?!

Sən də: “Narahat olma, möhkəm ol, Elnaz xanım. Tək deyilsən, biz varıq – dostların var, qonşu gəlirsən bizə,” – demişdin...

İndi mən həmin ünvanda yaşayıram. Ancaq sən ünvanını dəyişdin, dost.

Sonrasosial şəbəkədə şeirini paylaşdım, yazdım ki, qardaşım, darıxdım axıSənin üçün...səhər baxdım ki, “bəyənmisən”. İndi bilirəm ki, Sən bupaylaşımı görəndə bizimlə Sənin arana çox az qalıbmış. Öz-özünə nələrdüşünmüsən, “hələ çox darıxacaqsız,” – deyə...

Vəbir səhər yorğun, yuxulu gözlərimi açıb elə yerimdəcə yuxulu-yuxuluəlimi telefona atdım. Facebooka daxil oldum. İlk oxuduğum bu oldu:“Zərdüşt də bizi tərk etdi. Lənət olsun, nə etibarsızdır bu dünya”.

Ayılıbözümə gəlməyə çalışıram. Düşünürəm, başqa Zərdüşt tanıyırammı deyə.Sonra...dostlarla zəngləşirəm, durum ağırdır...hamı pisdir...çox pis...

Dostlarbir araya gəlib səninlə vidalaşmağa getdi, yadındadır...gəlmədim, gələbilmədim, olmazdı. Çox israr etdim, sonda dostlar qızdı mənə...qoydərdimizi çəkək, birinin yoxluğuna dözə bilmirik, olmaz deyiblərsə,deməli olmaz – dedilər... Olmasın. Belə daha yaxşı, yoxluğuna inanmıram,hələ ki inanmıram. Sübutum, dəlilim yoxdu, yasında olmadım, qəbrinigörmədim. Harasa, lap elə həvəslə təhsil dalınca getməyə hazırlaşdığınPolşaya getmisən düşünərəm, bitər gedər.

Qırxınagəldim, şəklini gördüm divarda, özünəməxsus baxırdın. Sonra da qəbriniziyarət etdik. "Nə gözəl yerdə məkan eyləmisən", ay dost itkisiyaşamayan bəxtəvər. Adam orda darıxmaz...

Hamı başını aşağı salıb, qarşında təzim etdi, bilmədən. Sənsə qalibanə şəkildə baxıb gülürdün, yenə özünəməxsus...

Yoxluğunufərq etməyənlər varlığına dəyər verməyib deməkdir. Varlığına dəyərverməyənlər, yoxluğuna yanmaz, dost, yanırlarmış kimi göstərərlərözlərini. İnsanlar niyə belə saxta “sevgi”lərlə incidirlərbir-birilərini, niyə bu qədər süni, yalançı, ürəksizdirlər axı, niyə?Niyə ətrafında pərvanə olub dolananlar onlara ehtiyacın olanda sənin şamolduğunu, yandığını unudurlar, tənha şam ağacı olursan...

Yoruldun,deyilmi? Tanıdın adamları, tüpürdün həyatın maskalı üzünə, səninistədiyin bu deyildi, sən həyatın sevdiyin üzünü axtarmağa getdin. O, budeyil, bu – başqadır, o –  başqa. Ölən kimi Sən hamıdan istedadlı,mərd, əvəzsiz biri oldun. Əslində, Sən elə doğrudan da, istedadlı vəmərd idin. Yanında kimsənin sözünü danışmaq olmazdı. Xanım dostlarınsənə arxalanırdılar, güvənirdilər.

Hər yerdənqəhqəhlərini eşidirdim: evinizin divarındakı, boyuna yaraşanbaşdaşındakı, facebook səhifəndəki şəkillərindən. Qəhqəhə çəkib gülürdünyaltaq, riyakar adamlara. Ölən sizsiniz, mən getdim yaşamağa, - deyibqəhqəhə çəkirdin. Ancaq sənə, Sənin yoxluğuna dözümsüzcə yanan dostlarınqaldı axı burda. Səni unutmayan, yoxluğunla barışmayan, xatirəni əziztutan. Elə sağlığında da Sənin Sən olduğunu, kim olduğunu bilən,istedadına şübhə etməyən, sənə inanan, güvənən dostların. Bu adamlarınsonuncusuna qədər Sən varsan, yaşayacaqsan.

Darıxma,hər şey qoyub getdiyin kimidir, yenə adamlar gecə yatıb səhər oyanır,səhər açılan kimi hərə bir yalan uydurub dalınca düşür. Yenə adamlarbir-birini yalan-doğru sevir, aldanır, aldadır, ağlayır, ağladır. Hamıbir-birinə “canım”, “hayatım” “əzizim” deyə müraciət edir. Hamıbir-birinin canı, həyatı, əzizidir. Yenə vicdanlı adamlar vicdan əzabı,vicdansızlar kef çəkir.  Adam var ki, bir gündə on dəfə ölür, adam davar öldürə-öldürə gedir... ancaq adam olmur ki, olmur. Yaşamır demək...Sənsə yaşayırsan, daha Sənin ölmək kimi bir əndişən yoxdur. Səninöləcəyindən qorxmur daha heç kim, hamının qorxuluğunu götürüb getdin.Yerin rahat olsun barı...ruhların aurası saf olar, elə yaxşısını Sənetdin. Sənin bu çirkabda işin yoxdu, saflığını yaşa, sənə uğurlar...bizədə səbr...