
Elnaz Eyvazlı
Bu gün biri də gəlmişdi. Necə boy atıb, maşallah, boyu boyumdan uca olub.
Boynunuqucaqlayıb üzündən öpmək üçün barmaqlarımın ucunda qalxdım. Ürəyimbirtəhər oldu, qəhər də demək olar, iftixar hissi də.
Ardıcılverdiyim suallar ananın övladına verdiyi suallara bənzəyirdi. “Yerinnecədi? Sizi incitmirlər? Yeməyiniz-içməyiniz necədi? Televizordagöstərdikləri kimidi, yoxsa .... Səncə, müharibə gözlənilir, nədanışırlar?”
Sonra da ordan-burdan.
Elə bil bir zamanlar qarşısında cümlələri bir-birinə düzən adam deyiləm. Necə həyəcanlanıram. Ürəyim əsir, söz tapa bilmirəm.
Qırıq-qırıq suallar verir, o cavablandırınca, mən yenisini düşünürəm. Soruşur:
- Özünüz necəsiz?
-Necə olacam, qoydunuz məni uşaq-muşağın ümidinə, getdiniz. Yanıb-ölsəm,üstümə su tökməyə bir adam tapa bilmərəm, - gülürəm. O da gülür.Gözləri yol çəkir. Elə məhəbbətlə baxır ki, üzümə... – O günkitabxanaya göndərməyə bir uşaq tapa bilmədim. Bilmədim deyəndə ki,uşaqdan çox uşaq var, ərkim çatmır heç birinə, – səsim əsir.
- Yaxşı olar, böyüyərlər onlar da... Bizim yerimizi verirlər?
- Heç kim heç kimin yerini vermir, hərənin öz yeri var. Ancaq siz... ilkimsiniz də... siz başqa...
Qürrələnir. Yəqin sevindi, əlbəttə, sevinər.
- Mən gedim...
- Gedirsən?
- Özünüzə yaxşı baxın.
- Sən özündən muğayat ol, mənə nə var...
- Sağ olun.
- Sən də sağ ol, gələndə mənə mütləq baş çək.
-Elə şey olar?! İki dəfə gəldim, tapa bilmədim, sabah çıxıb gedirəm,dedim, bu gün də gedim, bəlkə, gördüm. Az qalıb, daha bir şey qalmayıb,yarısı gedib.
- Çox sağ ol, işin avand olsun.
Getmək istədi. Gözlərim doldu.
-Əlim qurusun, bilsə idim belə ağıllı olacaqsan, sənə o şillənivurmazdım. O vaxt sənə bir şillə vurmuşam, indi də yadıma düşəndə ürəyimağrıyır.
- Bizdə də az yox idi də... O şilləni vurmasaydınız, belə ağıllı olmazdım, - gülür.
Getdi.Dayanıb arxasınca baxdım. Anladım ki, ömrümdən ömür gedir. Anladım ki,özüm üçün yaşamıram. Bunu mən seçmədim, belə gətirdi sadəcə. Hərənin birtaleyi var, bu da mənimkidir.
... O biri evəgəlmişdi. Qapını açanda az qala tanımadım. Hərbi geyimdə. Bu geyimmənə niyə bu qədər əzizdir, bilmirəm. Həmişə düşünürdüm ki, hərbçioğlanla ailə qurub, gəzəcəyəm bütün Azərbaycanı onunla. Daimi evimolmasa da, eldən-elə köçsək də. Lazım gəlsə, səngərdə yaşayacam, onadayaq olacam...
Bu geyimdə onu görəndə əlgörüşməyə belə çəkindim. Qarşımda özümdən yaşca böyük, yad bir kişinindayandığını güman etdim. Xeyli hal-əhval tutduq, söhbət etdik. Eynisuallar, bənzər cavablar. O, yenə məndən çəkinirdi, ehtiyatla danışırdı.Arada doluxsunurdu sanki, gözlərini gözlərimdən qaçırırdı. Lövhəqarşısında dərs danışırmış kimi. Ancaq mən özümü uşaq kimi hiss edirdim.Hiss edirdim ki, indi mən ondan asılıyam, çünki qoruyan indi odur.Ayrıldıq.
- Özündən muğayat ol.
- Narahat olmayın, hər hər şey yaxşı olacaq. Az qalıb, daha bir şey qalmayıb, yarısı gedib.
- Allah amanında.
- Siz qorxmayın, uzaqbaşı müharibə olacaq, qoy olsun, ölmək ölməkdir, xırıldamaq nə deməkdir. Rahat olun, bəs oğul nə üçündür?!
Gözlərim doldu.
-Elə danışma, müharibə adı çəkiləndə dəli oluram. Başa düşürəm, bəlkədə, başqa yolumuz yoxdu, ancaq... Televizorda müharibə sözünü eşidəndəürəyim əsir, az qalıram ağlayam, sizdən çox narahatam.
- Qorxmayın... Yenə gələcəm sizə dəyməyə. Hələlik... – elə məhəbbətlə baxır ki, üzümə...
Getdi.Otaqda o baş-bu başa vurnuxdum, özümə yer tapa bilmirdim. Boynunuqucaqlamadım, üzündən öpmədim, ürəyimdə qaldı. Görəsən, inciməz? Deməzki, ayrı-seçkilik qoyur? Of, bu hərbi geyim məni lap çaşdırdı. Vay,gərək cibinə pul qoya idim, axı adətdir əsgərin cibinə pul qoymaq. Necəağlıma gəlmədi...
Ağlamaq istədim, gözlərimdoldu, atam üzümə baxdı, utandım ağlamağa. Nə bilsin nədüşünürəm...
İlahi, mən, həqiqətən, lənətə gəlmiş müharibədən qorxuram. Axı mənim şagirdlərim əsgərdir...