Xəbər lenti

Mən Xocalının qisasını almışam
Ölkə19:55 25.02.2013

Mən Xocalının qisasını almışam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərif Ağayar

Xankəndinin şimal qərbində, Qırxqız dağının ətəyində Koslar adlı birkənd vardı. Vardı ona görə deyirəm ki, indi yoxdur. Dağıdıblar. Buyazını yazmazdan əvvəl www.maps.google.com-da öz gözlərimlə gördüm.Daşı-daş üstündə qalmayıb. Məşhur Şuşa-Kosalar yolu Xankəndinin içindənkeçib gedir, gedir və qəflətən yoxa çıxır. Yolun yoxa çıxdığı yerədiqqətlə baxanda, şaxın-şəvəlin arasından bir-bir, iki-bir dağıdılmışdivarlar gözə dəyir. Heç kimi bilmirəm, mən elə belə də gözləyirdim.Çünki təkcə Qarabağda yaşayan ermənilərin – Xankəndinin deyil, bütünErmənistanın Kosalarla məxsusi ədavəti vardı. Kosalar uşaqları onlaraçox qan uddurmuşdular!


Bu kənd əvvəl inzibativahid kimi Xocalı rayonuna baxırdı. Xocalı ilə coğrafi sərhədləriermənilər tərəfindən bağlandıqdan sonra Şuşa rayonunun idarəçiliyinəverildi. Ancaq bu kəndin sakinləri heç vaxt özlərini şuşalı saymadılar.Ona görə yox ki, Xocalını Şuşadan artıq sevirdilər, xeyr! Ona görə ki,Xocalı ilə aralarında itən sərhədi bərpa etmək, Azərbaycanı parçalamaqistəyənləri bu torpaqlardan qovub çıxarmaq istəyirdilər.

Kosalarhəmin kənddir ki, 300-ə yaxın könüllüdən ibarət döyüşçüsü vardı və bu300 nəfər bir neçə dəfə Ermənistanı matəm elan etməyə məcbur etmişdi.Kəndin üç milli qəhrəmanı var. Bunlardan biri – Mövsüm Məmmədov sağdırvə bu gün də Şuşa rayon Polis Şöbəsində işləyir. Milli Qəhrəman TabilHəsənov isə Kərkicahan yaxınlığında əməliyyat zamanı həlak olub.Şahidlərin söylədiyinə görə o, meşədə atışma zamanı ağacdan ağacakeçərək on bir atəşlə on bir erməni saqqallısını yerə sərib və özü dəelə həmin döyüşdə həlak olub.

Kosalardamüxtəlif orden və medal alanlar da çoxdur. Onlardan biri RasimAğayevdir. Rasimin əksər Qarabağlılar kimi gözəl səsi varmış, həmişəoxuyar, döyüşçülərdə ruh yüksəkliyi yaradarmış. Bir gün Rasim dəmühasirəyə düşüb vurulur... Qanı gedir, gözlərinin işığı sozalmaqdadır.Rasim yenə oxuyur: “Qarabağ şikəstəsi”. Oxuyur ki, döyüş dostları onunölümü ilə hər şeyin bitdiyini düşünməsinlər.

Kosalardangözəl bir dostum var. Müharibə onun uşaqlıq illərinə təsadüf edib. Biztələbə ikən həmişə xırıltılı səslə xatirələr danışmağı sevirdi. Deyirdi,meyit daşıyan maşını kənddə hamı işığından tanıyırdı. Camaat kəndinmərkəzinə toplaşır, dağlarda da atışma gedir, hər güllə səsinə adamlaryerində diksinirdi. Çünki hamının qohumları vardı atışma gedən yerdə.İcra nümayəndəsindən tutmuş, anbar qoruqçusuna qədər...

Meyitmaşınının işığı görünəndə isə, hamı səsini içinə qısıb susurdu. Maşıngəlib kəndə çatanacan kimsədən cınqır çıxmırdı. Çünki maşında gələn hərkəsin doğması, əzizi ola bilərdi. Maşın gəlirdi, şəhid olan adamıgötürüb öz evinə aparırdılar. Səhəri gün axşam hər şey təzədənbaşlayırdı...

Kosalar Şuşa alınanacan düşmənəboyun əymədi. Kürəyini Qırxqız dağına söykəyərək vuruşdu... vuruşdu...vuruşdu... Şuşa gedəndən sonra isə orada davam gətirmək qeyri-mümkünidi. Ona görə yavaş-yavaş Laçına doğru çəkilməli oldular.

Məndostumun araçılığıyla Kosalar camaatının məskunlaşdığı Hacıkəndqəsəbəsində bir neçə dəfə olmuşam. Ötən əsrin 90-cı illərininortalarında bu camaatda olan vətən eşqi, döyüş ruhu, bu gün-sabah doğmakəndlərinə qayıtmaq ehtirası o qədər güclü idi ki! Danışanda, sanırdın,bu saat qalxıb vuracaqlar səni.

Sonra adamlarvətən həsrətindən də dəhşətli bir dərdlə üzləşdilər. Bu dərdin adıehtiyac idi! Yaşamaq, acından ölməmək, sabaha salamat çıxmaq... bütünbunlar da insandan Tabil Həsənov kimi şücaət tələb edirdi. Və təəssüfki, o camaatın içindəki enerji Hacıkənd meşələrini qırıb satmağa sərfolundu. Düşmənin intiqamını təbiətdən aldılar.

***

Atamhəmişə deyərdi ki, Xocalıda adamlara pulsuz ev verirlər, uşaqlar böyükolsaydı, mən də gedib alardım. Bir gün soruşdum ki, bəs nə əcəb buevləri pulsuz paylayırlar. Atam qaşlarını oynadıb müdrik görkəm aldı vəindinin özündə də mənə qəribə gələn uzaqgörənliklə söylədi:

“Bizimkilərçalışır ki, Dağlıq Qarabağda azərbaycanlıların sayı artsın, ermənilər otorpaqları tələb edə bilməsin. Ona görə adamları bura cəlb edirlər...”

Kimnecə qəbul edir bilmirəm, ancaq mən atama inandım və indi də düşünürəmki, Xocalıya qarşı rusların o qədər qəddar davranmasının səbəbi bu idi.Belə olmasaydı, eyni hərbçilər eyni hadisəni Şuşanın və ya Laçının dabaşına gətirə bilərdilər. Halbuki əksinə oldu: hər iki rayonunboşalmasına, camaatın sağ-salamat qaçıb getməsinə şərait yaratdılar.

***

ZoriBalayan son kitablarının birində Xocalı əsirləri ilə davranmaqdan bəhsedərək, bir həkimin dilindən dəhşətli mənzərə canlandırır. Həkimanasının gözləri qarşısında 5-6 yaşlı uşağın qara ciyərini kəsir vəkəsdiyi parçanı gözlərini yumub dəhşətlə bağıran anasının ağzınasoxur...

Həkim danışır: “Doğrudur, mən buhərəkəti edərkən Hippokratı xatırlayıb bir balaca utandım. Ancaqdüşünəndə ki, qarşımdakı bir Azərbaycan türküdür, bütün humanistduyğularım yoxa çıxdı”.

Bu da bunların yazıçısı...

***

Birkeçmiş hərbçi tanışım vardı, günlərin birində çay süfrəsi arxasındasoyuqqanlılıqla söylədi ki, mən Xocalının qisasını almışam, hər döyüşçümənim kimi hərəkət edə bilsə, düşmən qarşımızda bircə gün də davamgətirə bilməz. Gözlərimi döyərək soruşdum: “Necə?”

Keçmiş hərbçi öskürərək davam etdi:

“Müharibəvaxtı qəfil bir erməni ailəsinin evinə girdim, körpə uşaqları xalçanınüstündə iməkləyirdi. Məni görüb qorxdular! Onlara toxunmadım, sadəcəəyilib uşağın ayağından yapışdım və onu möhkəm zərbə ilə divara çırpdım.Beyni qatıq kimi suvağın üzünə dağıldı...”

Həmsöhbətimin yalan, ya doğru söylədiyini bilmədim, ancaq bir daha onunla oturmadım.

qafqazinfo.az