2 May, saat 10:00-18:00 tarxində “ODA Teatrı” ofisində Menecerlərin İnkişafı Layihəsi – MİL“Menecerlik və Layihə İdarəetməsi” haqqında ilkin təlimini həyata keçirib.
Qaynar.info xəbər verir ki, iştirakçıların ictimai aktiv gənclərdən müsahibə yolu ilə seçildiyi təlimi Xəyyam Namazov tədris edib.
Təlimdə gənclər “vətəndaş cəmiyyəti və ictimai layihələr”, “İşçi Qruplar və işləyiş prinsipləri”, “strateji hədəflər və strateji planlama” kimi mövzularda müəyyən nəzəri biliklər və praktiki fəaliyyətlə tanış oldular. Təlimin sonunda iştirakçılarmədəniyyət, idman və intelektualoyunlar və sosial elmlərsahələri üzrə işçi qruplarına bölündülər və onların gələcəkdə öz fəaliyyət sahələrinə uyğun bir çox layihələr həyata keçirmələri nəzərdə tutulur.
Xəyyam Namazovun təşəbbüsü ilə yaradılmış MİL - Menecerlerin İnkişafı Layihəsinin əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatları və ictimai layihələri idarə etmək üçünpeşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirməkdir. Hazırda layihənin direktoru Xəyyam N, İctimai Əlaqələr üzrə Menecer – Amal Ata, İnsan Resursları üzrə menecer isə Sevda Əlisoydur.
Qaynar.info

