Xəbər lenti

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının növbəti səfərləri - FOTOLAR
Ölkə13:58 09.07.2013

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının növbəti səfərləri - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Növbəti səfər zamanı Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan gənc və məktəbli qızlarla görüşlər keçirilib. 

Müxəlif ailələrdə görüşlər keçirən kampaniyaçılar qızların təhsil almasına maneə olan amilləri müəyyənləşdirib. Adları qeyd olunan ərazilərdən, xüsusən Lerik və Yardımlı zonalarında ali məktəbin, kollecin və texnikumların olmaması əsas prioritet məsələ kimi valideyinlər tərəfindən vurğulanıb. 

Görüşlər zamanı regionlarda yaşayan qızlara “Mənim Təhsilim, Mənim Gələcəyim!” adlı kitab və köynəklər təqdim olunub.

Həmçinin, kampaniyanın iştirakçısı olan qızlar “İdeya Blankı” dolduraraq öz arzularını və arzularının reallaşmasında maneə olacaq amilləri qeyd ediblər.

Doldurulmuş blanklarda daha çox məktəblərin uzaq məsaflərdə yerləşməsi qızların təhsil almasına maneələr törədir. Həmçinin, ali təhsil almaq arzusu və bu arzuya maneə olacaq başlıca amillərdən biri cəmiyyətdə formalaşan müxtəlif stereotiplər qeyd olunub. 

Kampaniyanın davamlılığı və Azərbaycann digər regionlarna səfərlərin edilməsi üçün kampaniyaçılar yeni yradıcı işlər və əməkdaşlıqlar  üzərində planlaşdırma aparır.

Kampaniya bundan əvvəl, Lənkəran, Masallı və Astara zonalarında səfərdə olub.

Qeyd edək ki, kampaniya hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.

Qaynar.info