
Mənim Təhsilim, Mənim Gələcəyim! kampaniyası çərçivəsində nəşr olunmuş kitabın Bakı Amerika Mərkəzində təqdimatı keçirilib. Təqdimatda müxtəlif ali məktəblərin tələbələri, müəllimlər, kampaniya üzvləri qatılıblar.
Həmçinin, Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, psixoloq Elmir Əkbər və "Zero” Nəşriyyatın direktoru Məmməd Gülməmmədov ümumi müzakirədə iştirak ediblər.
Müzakirələrdə kampaniyanın davamlılığı və Azərbaycanın digər bölgələrinədə səfərlərin olunmasının vacibliyi vurğulanıb. Bundan sonrakı səfərlər zamanı, regionlarda fəaliyyət göstərən Amerika Mərkəzləri ilə əməkdaşlıq olunacaq.
Təqdimat zamanı iştirakçılar "Mənim Təhsilim, Mənim Gələcəyim!” kitabını əldə ediblər.
Kitabın içində müxtəlif hekayələr öz əksini tapıb. Hansıki, həmin hekayələrin mövzuları erkən nigahlardır. Kitabda Cəfər Cabbarlı, Y.V. Çəmənzəminli, Ə. Haqverdiyev və Abdulla bəy Divanbəyoğlunun əsərləri toplanıb.
Kitab ödənişsizdir (Qiyməti: TƏHSİL).
Qeyd edək ki, "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası hazırda Azərbaycan Respublikasnın Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənir.
Qaynar.info









