Xəbər lenti

Mənzil bazarında son vəziyyət: nə alan, nə satan tələsir – Qeyri-müəyyənlik
Ölkə11:38 19.05.2020

Mənzil bazarında son vəziyyət: nə alan, nə satan tələsir – Qeyri-müəyyənlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Satış bazarında aktivlik yox səviyyəsindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Ekspert bunun səbəbini pandemiya ilə əlaqələndirib:
"Kirayə bazarı az da olsa işləyir. Şirkətlərin may ayı üçün statistikası yoxdur. Amma aprel ayının yekununa görə, qiymətlər stabil qalıb. Cüzi azalma olub, amma satış bazarında həyat dayanıb. Bazarda aktivlik yox səviyyəsindədir. Səbəbi müxtəlifdir. Ən başlıcası, karantin dövrünün olmasıdır. İnsanlar evdən çıxmağa, bir-biri ilə ünsiyyət qurmağa qorxurlar. Adamlar evlərinə kimisə buraxmır, psixoloji vəziyyət davam edir. Kimsə də ev alanda evə baxmalıdır”. 
Nüsrət İbrahimov bildirib ki, yaxın iki ay ərzində evlərin qiymətində hər hansi dəyişikliyin olması pandemiyadan asılıdır: 
"Bu gün qeyri-müəyyənlikdir. Ev satan qiyməti salmır, alan da tələsmir. Alan deyir, qiymətlər enəcək, satan da deyir satıb uduzaram. Bu gündən sabaha etibar yoxdur. Ən yaxşısı, hadisələrin axarını gözləməkdir”.
Bahar Rüstəmli