Xəbər lenti

Mənzilin satışından vergi necə tutulur?
Ölkə16:49 19.07.2016

Mənzilin satışından vergi necə tutulur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.
Qaynarinfo.Az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:
- fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,
- daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi, 
- daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, 
- əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi. 
Verginin hesablanma qaydası ilə bağlı aşağıdakı linkdən tanış olmaq olar:
Qaynarinfo.Az