Xəbər lenti

“Mercedes” 150 metr dərəyə yuvarlandı: ölən və yaralanan var - FOTO
Ölkə07:04 11.12.2013

“Mercedes” 150 metr dərəyə yuvarlandı: ölən və yaralanan var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə İmişli-Saatlı avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 22 yaşlı Eldəniz Xəmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Qəza zamanı avtomobil yoldan çıxaraq 150 metr dərəyə yuvarlanıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin Elşən Əmənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info