
Bakı şəhərinin 2035-ci ilədək Ərazidən İstifadə və Zonalaşdırma Planına (baş plan) əsasən, Bakıətrafı ərazilərdə bir neçə ali məktəbin və onların filialının yaradılması nəzərdə tutulub.
"APA-Economics" adıçəkilən sənədə istinadən xəbər verir ki, sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Qeyd edilən müddətədək Ələt qəsəbəsində biznes idarəçiliyi üzrə ixtisaslaşmış yeni universitetin yaradılması təklif edilir. Bununla yanaşı, Ələtdə ticarət, Qobustanda isə metallurgiya sektorları üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri yaradıla bilər.Qaynarinfo.Az