Sərfəli kampaniyaları, geniş çeşidləri, yüksək keyfiyyəti ilə Azərbaycanda mebel satışı bazarının liderlərindən olan Merinos Mebel 1+1 adlı yeni kampaniyaya başlayıb. İndi Merinos Mebeldən Türkiyə istehsalı olan yüksək keyfiyyətli, incə zövqlə hazırlanmış rahat yataq dəstlərindən birini alana Qonaq dəsti hədiyyə edilir. İki mebel dəstini birinin qiymətinə almaq, münasib qiymətə zövqünüzü oxşayacaq mebellər ilə evinizə təkrarsız gözəllik və ruh oxşayan rahatlıq bəxş etmək istəyirsinizsə, tələsin. Çünki kampaniyaya daxil olan mebel dəstlərinin sayı məhduddur. Ən əsası, kampaniya 2017-ci ilin yeni kolleksiyasına daxil olan mebellərə şamil olunur. Merinos Mebel mağazaları bir-birindən gözəl, göz oxşayan mebellərin geniş çeşidləri ilə yolunuzu gözləyir.
Gözəl və keyfiyyətli mebel, istənilən mənzilə gözəllik və komfort bəxş edən vacib şərtdir. Ona görə də mebel seçimində diqqətli olmaq, evinizin görünüşünü və rahatlığını yalnız peşəkarlara həvalə etmək lazımdır. Merinos Mebel məhz peşəkarlığı və dürüstlüyü ilə seçilən, müştəri məmnuniyyətini, biznes əxlaqı və dürüstlüyü əsas iş prinsipinə çevirən az sayda mağazalarımızdandır. Təsadüfi deyil ki, Mustafa Kamal Atatürkün adı ilə bağlı olan, hələ 1938-ci ildə yaradılan Türkiyənin məşhur “Merinos” markasının mebel satışı üzrə Azərbaycanda yeganə təmsilçisi məhz Merinos Mebel Azərbaycan şirkətidir.
Yüksək xidmət səviyyəsi ilə, yataq, qonaq, divan dəstlərinin, gənc və uşaq mebellərinin 400-dən artıq çeşidi ilə alıcılara xidmət göstərən, Türkiyənin məşhur mebel markalarının təmsilçisi olan Merinos Mebel Azərbaycan artıq 10 ildir ki, dövrün modern və funksional dizaynlarını ən son texnoloji yeniliklərlə vəhdətdə alıcılara təqdim edir və müştərilərə münasib qiymətlərlə bol çeşidli, yüksək keyfiyyətli, son dərəcə rahat mebellər əldə etmək imkanı yaradır.
Ünvan: Babək prospekti 64
Telefonlar: + 994 12 570 24 78
+994 70 217 20 70
Suallarınız varsa Facebook səhifəmizə müraciət edin
Şərhlər