
Bakı Şəhər İcra Hakimiyyəti müxalif Milli Şuranın noyabrın 10-u Bakıda mitinq keçirməsinə razılıq verib.
Bunu “Media forum” saytına Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib: “Paytaxtın icra hakimiyyətinə Milli Şuradan mən, hüquqşünas Namizəd Səfərov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev müraciət etmişdik. Noyabrın 6-da paytaxt meriyasından razılıq barədə cavab məktubu almışıq”.
Aksiya metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcək. Mitinqdə siyasi məhbus məsələsi, insan haqları və sosial durumla bağlı problemlər gündəmə gətiriləcək.
Qaynar.info