Xəbər lenti

Meriya mitinqlə bağlı müraciətə cavab verdi
Ölkə14:36 25.04.2013

Meriya mitinqlə bağlı müraciətə cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Bu məlumatı APA-ya DQMM İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.

O bildirib ki, paytaxt rəhbərliyi qurumun aprelin 28-nə təyin etdiyi mitinqin müraciətdə qeyd olunduğu yerlərdə keçirilməsini məsləhət bilməyib. BŞİH mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.

 Mitinqin keçirməkdə israrlı olduqlarını deyən Ə.Orucun sözlərinə görə, istənilən halda yekun qərar DQMM-nin aprelin 26-da keçirilən növbədənkənar yığıncağında veriləcək.

 Qeyd edək ki, müraciətdə keçirilməsi üçün 3 yer - Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və Nəsimi rayonu, 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu məqsədəuyğun hesab olunub.