Xəbər lenti

Mərkəzdə 5 mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək ərazilər hansıdır? (VİDEO)
Ölkə17:10 19.01.2024

Mərkəzdə 5 mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək ərazilər hansıdır? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzdə 5 mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək ərazilər hansıdır?
1000 hektardan çox ərazisi olan xüsusi mühafizə zonasında 5 mərtəbədən yuxarı bina tikmək qadağan olunub. Həmin ərazilərdə tarixi abidələrin sıxlığı nəzərə alınaraq tikintiyə məhdudiyyət qoyulub.
Bütün bunlar Bakı şəhərinin yeni Baş Planında öz əksini tapır.
Maraqlıdır söhbət hansı ərazilərdən gedir?
Memar Cahid Həsənovun sözlərinə görə,  xüsusi mühafizə zonasının ərazisi şəhərin mərkəzi hissəsini əhatə edir. Daha dəqiq desək, Kövkəb  Səfərəliyeva, Salatın Əsgərova küçələri və Dənizkənarı Bulvardan Bayraq meydanına qədər olan ərazi xüsusi mühafizə zonasına daxil edilib.
Bəs bu  ərazilərdəki mövcud tikililərin aqibəti necə olacaq ?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: