Xəbər lenti

Mərkəzi Bankın sədr müavini niyə işdən çıxarılıb? (SƏBƏB)
Ölkə06:45 12.09.2017

Mərkəzi Bankın sədr müavini niyə işdən çıxarılıb? (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

"Qaynarinfo"nun məlumatına görə, X.Abdullayev "APA"ya açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Qaynarinfo.Az