Xəbər lenti

Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollar artıb
Ölkə17:17 03.08.2017

Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard dollar artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından "Qaynarinfo"ya verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyul ayının 31-nə 5 milyard 33,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 840,2 milyon dollar və ya 20,90% çoxdur.

İyul ayı ərzində isə AMB-nin valyuta ehtiyatları 69 milyon dollar və ya 1,39% artıb.

Cari ilin əvvəlindən artım 1 milyard 58,7 milyon dollar və ya 26,64% olub.

Qaynarinfo.Az