Xəbər lenti

Mərkəzi küçələr 5 gün bağlı olacaq - DİQQƏT!
Ölkə14:53 27.03.2017

Mərkəzi küçələr 5 gün bağlı olacaq - DİQQƏT!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.

Bakı Şəhər Halqasından "Qaynar"-a verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.

Qaynar.Az