Xəbər lenti

Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılıb? - Nazirlikdən AÇIQLAMA
Ölkə11:47 02.12.2016

Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılıb? - Nazirlikdən AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda özəlləşdiriləcək 11 səhiyyə müəssisəsi içərisində Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur.

Özəlləşdirilməsi nəzərdə tutuluan 11 xəstəxana təsərrüfat hesablı ambulator müəssisədir. Onların arasında Mərkəzi Dənizçilər Xəstəxanası, Mərkəzi Dəmiryolu Xəstəxanası da var. Mərkəzi Neftçilər Xəstəxanasının isə özəlləşdirilməsi nəzərdə tutulmur.
 
Səhiyyə Nazirliyi APA-ya bu məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, bəzi mətbuat orqanlarında özəlləşdiriləcək tibb müəsisələrinin arasında Mərkəzi Neftçilər Xəstəxanasının olduğu qeyd olunub. Amma Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdiirlməsi nəzərdə tutulan 11 tibb müəsisəsi arasında siyahısında yer almayıb.(APA)

Qaynarinfo.Az