Xəbər lenti

Məscidə ibadətə gələn şəxs qarət olundu - Bakıda
Ölkə11:43 27.04.2016

Məscidə ibadətə gələn şəxs qarət olundu - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda məsciddən oğurluq edilib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun H. Babaşov küçəsində yerləşən məsciddə qeydə alınıb. Məscidə ibadət etməyə gələn, Bakı şəhər sakini, Rövşən Qüdrət oğlu Mustafayevin gödəkcəsinin cibindən 32 manat, 144 ABŞ dolları, texniki pasport, 2 ədəd kart, 2 ədəd mobil telefon, açarlar, sürücülük və şəxsiyyət vəsiqələri naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.//APA

Qaynarinfo.az