Xəbər lenti

Məscidi yırtıcı quşlar qoruyacaq
Ölkə06:20 14.12.2013

Məscidi yırtıcı quşlar qoruyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xüsusi yetişdirilmiş şahinlər binaya göyərçinlərin qonmasının qarşısını alacaq


Almaniyanın Köln şəhərindəki məscidi şahinlər qoruyacaq. ANS PRESS “Doğan” agentliyinə istinadən xəbər verir ki, məqsəd kütləvi şəkildə məbədin günbəzinə qonan və tikilməkdə olan məscidin betonuna ziyan vuran göyərçinlərin qarşısını almaqdır.

Məlumata görə, Türkiyənin rəsmi din qurumu Diyanət Kölndə öz ianəsi hesabına məscid tikdirir. Tikintisi davam edən məscidə kütləvi şəkildə gələn göyərçinlər isə bu yeri çirklətməklə yanaşı kübrəsi ilə binanın betonuna ziyan vurur.

Peşəkarlar tərəfindən xüsusi yetişdirilmiş şahinlər isə binaya göyərçinlərin qonmasının qarşısını alacaq.


Qaynar.info