"Bəzi yerlərdə torf yaranır. Açıq sahələrdə isti havada torfun üzərinə çoxlu günəş şüası düşür və nəticədə alışaraq meşə yanğınlarına səbəb olur. Bu tipli yanğınları söndürmək çox çətin olur".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev ABŞ-ın Kaliforniya ştatında baş verən dəhşətli yanğınlardan danışarkən deyib.
Ekoloq hesab edir ki, əksər yanğınlar ehtiyatsızlıqdan baş verir:
"Meşə yanğınları əsasən ehtiyatsızlıq səbəblərindən baş verir. Məsələn, hər hansı bir yerdə piknik edirlər, ocaq qalanır və təhlükəsizlik qaydalarına əməl etmirlər. Nəticədə meşə yanğını başlayır. Və ya bir nəfər ehtiyatsızlıq edərək siqaretin kötüyünü yerə atır və bundan yanğın baş verər. Mən daha çox ehtiyatsızlıq ehtimalının üzərində dayanıram".
Xosrov Musayev meşə yanğınlarının atmosferin çirklənməsinə rolu olduğunu diqqətə çatdırıb:
"Okisgen ehtiyatımız get-gedə azalır. Bu da gələcəkdə böyük problemlərə yol açacaq".
Qeyd edək ki, bir neçə gündür Kaliforniyanın Los-Anceles şəhəri ətrafında güclü meşə yanğını davam edir. Külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 100 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib. Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir. İlkin məlumatlara görə, yanğın ümumilikdə yanğın 150 milyard dollardan çox ziyana səbəb olub.
Bahar Rüstəmli
Şərhlər