
Baş rollarını Kris Pratt ilə paylaşdığı "Passengers" (Yolçular) filmiylə gündəmə gələn məşhur aktrisa Cennifer Lourens qatıldığı verilişlərin birində etirafları ilə diqqət çəkib.
Milli.Az "Sözcü"yə istinadla bildirir ki, verilişdə onun anası ilə birlikdə çəkilən fotodan söhbət düşüb.
Oskarlı aktrisa fotodan bəhs edərkən açıqlamaları ilə studiyadakıları təəccübləndirib.
"Hamı şəklə baxanda çox qəşəng olduğunu söyləyir. Əslində, mən şəkil çəkilən vaxt təbii ehtiyacımı ödəyirdim. Anamın isə bundan xəbəri yox idi".
Qaynarinfo.Az

